Loading...

Claudio Fiorentino

Şirkətin əsasını qoyan Emanuele Fiorentino ilk zərgərlik mağazasını Siciliyada açmışdır. Mirvari və qiymətli daşlarla bəzədilən klassik brilyant pasyanslar hazırlamaqla yaradıcı enerjisini üzük, sırğa, kulon və boyunbağların hazırlanmasına həsr etmişdir. Ötən otuz il ərzində onun nəvəsi müstəsna olaraq Fiorentinonun layihələrinə həsr edilmiş bir sıra emalatxanalar açmışdır. 

Bu gün, Emanuele Fiorentinonun nəvəsi Klaudio vurğulanmış rəng efektləri ilə seçilən şəxsi incə kolleksiyalarını yaratmaqdadır. Bu kolleksiyaların əsas xüsusiyyəti – brilyantların parlaq yarımqiymətli daşlarla olan qeyri-adi uyğunluğudur. Fiorentinonun yeni kolleksiyaları artıq bəşəriyyətin zərif nümayəndələrinin diqqətini üzərinə çəkməyə nail olub. Qadınlar öz fərdilikləri və üslublarını vurğulamaq məqsədilə bu markaya aid zərgərlik məmulatlarını cəsarətlə taxa bilərlər.

MƏHSULLAR