Loading...
Menu

Favero

İtalyan markası Favero-nun zərgərləri şəxsi üslubi xüsusiyyətlərinə görə həmkar-həmyerlilərindən fərqlənir. Onların məmulatlarında zəriflik və yüngüllük var, onlar heç vaxt detallarla yüklənilmir və sahiblərinin incəliyini və gözəlliyini vurğulayır. 1973-cü ildə qədim İtaliya şəhəri olan Bassano-del-Qrappada əsası qoyulmuş marka ilk gündən etibarən daşların yüksək təmizliyi və onların taraşlamasının keyfiyyəti ilə seçilirdi. Yüksək keyfiyyətli daşlardan istifadə şirkətə xüsusi vizual effekt əldə etməyə imkan yaradır. Bu markaya aid məmulatları ayrı-ayrılıqda taxmaq olar: üzükləri boyunbağı və ya sırğalar olmadan taxmaq olar.

Markanın əsasını qoyan Mariano Favero qar dənəciyi şəklində hazırlanmış boyunbağıya görə aldığı zərgərlik sənəti dünyasının ən nüfuzlu  mükafatlarından olan – COUTURE DESIGN AWARDS mükafat daxil olmaqla işləri dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüş İtaliyanın ən məşhur və hörmətli zərgərlərindəndir. Bu gün, dünya bazarına müvəffəqiyyətlə çıxmış şirkət öz əsas prinsiplərini qoruyub saxlayıb – yəni, əl işinin və istifadə olunan materialların yüksək keyfiyyəti. Marka bir sıra Avropa ölkələrində, ABŞ, BƏƏ, Yaponiya, Çin, Rusiya, Qazaxıstan, Azərbaycanda təmsil olunur.


MƏHSULLAR