Loading...

Rebecca

Rebecca – Industrie Testi Spa şirkəti, mənzil-qərargahı Florensiyada, Toskananın lap mərkəzində yerləşən İtaliya şirkəti tərəfindən istehsal olunan və yayılan ən yüksək səviyyəli zərgərlik markalarındandır. Şirkət 2000-ci ildə “çəlimsiz” xammal, məsələn, tunc və poladdan istifadə ilə ən yüksək keyfiyyətli məhsul üçün nəzərdə tutulan emal üsullarını tətbiq edən ilk Qrupun sədri və dizayneri Alessandro Testi tərəfindən təsis edilişdir. Həmin yenilikçi və təkrarsız addım bazara dərhal təsirini göstərdi və bir neçə il ərzində marka beynəlxalq bazarda məşhurlaşdı.    

Əslində, elə ilk dəstdən başlayaraq Alessandro Testi gözəlliyi necə ifadə etmək, hansı şəklə salmaq lazım olduğunu bilirdi.Yeni texnologiyaları antik dövrlərin zərgər sənəti ilə birləşdirərək Rebecca xətti  zərgərlik məmulatını xüsusi bir cazibə ilə canlandırırdı. REBECCA markası indi İtaliyada təxminən 1500 müstəqil orta-yüksək səviyyəli zərgərlik mağazasını çeşidində, həmçinin Roma, Florensiya, Dubay və Mayamidə mono-brend mağazalarda və bütün dünya üzrə daha 30 ölkədə mövcuddur. 

MƏHSULLAR