Loading...
Menu

Dastan

«Dastan» “İçərişəhər” Dövlət Tarixi-memarlıq Qoruğu İdarəsinin “Canlı tarix” konsepsiyası çərçivəsində yaradılmışdır və Azərbaycan ənənəvi sənətləri zəngin mirasının dirçəlişinə yardım edir. Britaniya Uels şahzadəsi hamiliyi ilə fəaliyyət göstərən Ənənəvi Sənətlər Məktəbi (Prince’s School of Traditional Arts) müəllimlərindən üç il ərzində alınan dərslər və “İçərişəhər” Ənənəvi Sənətlər Mərkəzində sonrakı uğurlu iş nəticəsində tətbiqi dekorativ sənətin dörd növünü – keramika, batik, zərgərlik və ağac üzərində oyma – təmsil edən peşəkar dizaynerlərdən ibarət yaradıcı gənclər qrupu hazırlanmışdır. Ticarət nişanının əsas konsepsiyası yeni dizayn məhsulunun ənənəvi naxışların Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun müasir üsullarla çəkilməsi ilə istehsalı və həmçinin həmin məhsulun beynəlxalq səviyyədə təbliğ edilməsindən ibarətdir.

MƏHSULLAR