Montegrappa dünyaca məşhur lüks qələm və aksessuar brendidir. 1912-ci ildə İtaliyada əsası qoyulan Montegrappa, yüksək keyfiyyətli yazı alətləri istehsalı ilə tanınır. Brendin məhsulları müasir dizaynı, ənənəvi sənətkarlığı və incə detallarına görə fərqlənir. Montegrappa məmulatlar qızıl, gümüş və digər dəyərli materiallardan hazırlanaraq, həm funksional, həm də estetik cəhətdən üstün məhsullar təklif edir.