PANDORA 2018 Payız kolleksiyası təbiətin elementlərini, intibah dövrünü, sehri və nağılları özündə təcəssüm etdirir. Bu mövsüm PANDORA qadınları müasir nağıllar ilə ilhamlandıracaq və hər kəsə özünü şahzadə kimi hiss etməyə imkan yaradacaq. Əl işindən hazırlanmış, qədim qala və açar formasında olan kulonlar və şarmlar – zərif naxışlar ilə ürək, tac formasında olan üzüklər və daha bir çox zinnət əşyaları Regal Taleş kolleksiyasında sizləri gözləyir.
Buğda sahələrinin gözəlliyindən ruhlanaraq yaradılmış Grains of Life sizi özünə biganə qoymayacaq. PANDORA SHINE kolleksiyasında təqdim edilmiş, buğda sünbülləri formasında 925 əyar gümüş və qızıl ilə kombinasiya edilmiş zinnət əşyaları – yeni təşəbbüslər və firavanlıq simvoludur. 2018 Payız kolleksiyasını artıq PANDORA mağazalarından əldə etmək mümkündür.