Carrera y Carrera – qonaqlarımız üçün keçirdiyimiz parlaq tədbir baş tutub
03.10.2025 Carrera y Carrera Bakıda xüsusi şəkildə təşkil olunmuş tədbirə ev sahibliyi edərək qonaqları brendin ruhunu yaxından hiss etməyə dəvət etdi. Gecə boyunca iştirakçılara brendin ikonik kolleksiyaları və sənətkarlıq ənənələri təqdim olundu. Hər bir zinət məmulatı İspan zərgərlik evinin bədii irsini və özünəməxsus üslubunu əks etdirirdi. Zərif və incə atmosfer qonaqlara brendlə daha dərin əlaqə yaratmaq imkanı verdi.


